Bakının “İnter” futbol klubu Antalyada ilk yoxlama oyununu keçirib

Bakının “İnter” futbol klubu Antalyada ilk yoxlama oyununu keçirib
19:33 13 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan Bakının “İnter” futbol klubu yanvarın 13-də ilk yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Almaniyanın “Verder” klubunun 23 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşıb.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Almaniya klubu minimal hesablı qələbə qazanıb – 1:0.
“İnter”in Antalya toplanışında daha üç yoxlama oyunu keçirməsi planlaşdırılır. “Verder”in əsas heyəti ilə görüş yanvarın 15-də baş tutacaq. “İnter” yanvarın 19-da Çexiyanın “Slovan”, bundan dörd gün sonra isə Qazaxıstanın “Atırau” kollektivi ilə üz-üzə gələcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_Inter_futbol_klubu_Antalyada_ilk_yoxlama_oyununu_kechirib-918216

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR