ADU-da “Qanlı Yanvar” filmi nümayiş olunub

ADU-da “Qanlı Yanvar” filmi nümayiş olunub
19:58 14 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Yanvarın 14-də Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filmi nümayiş olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov film haqqında danışaraq bu ekran əsərində cərəyan edən hadisələrin real faktlara əsaslandığını deyib.
Sonra ADU ilə fəal əməkdaşlığa, universitet haqqında dolğun, müntəzəm və obyektiv məlumatların yayımlanmasına, təhsilin və elmin inkişafına göstərdiyi xidmətlərə görə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Fəxri Fərmanla təltif olunub.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADU_da_Qanli_Yanvar_filmi_numayis_olunub-918540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR