İmtahandan kəsilən müəllimlərin aqibəti necə olacaq? - VİDEO

İmtahandan kəsilən müəllimlərin aqibəti necə olacaq? - VİDEO
21:13 14 Yanvar 2016
269 Digər
Ölkə mətbuatı
A- A+

İmtahandan kəsilən müəllimlər üçün yenidən diaqnostik qiymətləndirmə keçirilə bilər. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Qurum 2015-ci ilin sonunda regionlarda baş tutumuş diaqnostik qiymətləndirmədə iştirak etməyən və bu il işə yeni qəbul olunan müəllimlərin aqibətinə də aydinlıq gətirib.

Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, noyabr-dekabr aylarında diaqnostik qiymətləndirmənin aparıldığı 12 bölgə üzrə müəllimlərin davamiyyəti 98 faiz təşkil edib. Müəllimlərin böyük əksəriyyəti prosesdə iştirak etsə də, imtahana gəlməyənlər olub.

Bundan əlavə diaqnostik qiymətləndirmədə iştirak edən 25 min 693 müəllimin bir qismi uğursuz olub.

Bəs imtahandan keçə bilməyən müəllimlərin aqibəti necə olacaq?

Eşgi Bağırovun sözlərinə görə, aşağı nəticə göstərən müəllimlər əmək haqqlarının artırılmasını istəyirsə öz üzərilərində işləməli və növbəti imtahandan keçməlidirlər. Uğurlu olan müəllimlərin isə əməkhaqqları dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali və ya orta ixtisas təhsilli olmasından, sinif rəhbəri və fəxri adının olub-olmamasından asılı olaraq 30-40 faiz artırılacaq.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR