London merinin müavini: “Azərbaycanın möhtəşəm tarixi irsi və mədəniyyəti var”

London merinin müavini: “Azərbaycanın möhtəşəm tarixi irsi və mədəniyyəti var”
08:58 15 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


London, 15 yanvar, AZƏRTAC 
Azərbaycanın möhtəşəm tarixi irsi və mədəniyyəti var.
Bu sözləri London merinin təhsil və mədəniyyət üzrə müavini Munira Mirza “Lumiere London” festivalı çərçivəsində AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan son illərdə beynəlxalq səviyyədə özünü çox gözəl tanıdıb və tanıtmaqda davam edir. “Düşünürəm ki, Azərbaycan da bu cür festivalları özünün dünya şöhrətli sənətkarlarından istifadə edərək çox gözəl təşkil edə bilər. Dünyanın bir çox sənətkarlarının və incəsənət şirkətlərinin Azərbaycanda bu cür festivalların bir hissəsi olmaq üçün can atacağından əminəm. Çünki müxtəlif mədəniyyətləri kəşf etmək, onları qəbul etmək hər zaman faydalıdır”, - deyə M.Mirza qeyd edib.

Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/London_merinin_muavini_Azerbaycanin_mohtesem_tarixi_irsi_ve_medeniyyeti_var-918643

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR