Aytən Səfərova şagirdi döyən müəllimi müdafiə etdi

“Həmin müəllim o sırtıq şagirdin, o gədənin atasının etmədiyini edib”.

Aparıcı Aytən Səfərova Sumqayıtda şagirdi döydüyü üçün məktəbdən uzaqlaşdırılan müəllimi müdafiə edib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, Səfərova bu haqda sosial şəbəkədə yazıb:

“Sumqayıtda müəllim şagirdi döyüb. Gör o müəllimi hansı həddə çatdırmaq lazımdır ki, 150 manata hər gün məktəbə yarıac, yarıtox ayaq döyən bir ailə başçısı buna əl atsın. Həmin müəllim o sırtıq şagirdin, o gədənin atasının etmədiyini edib.

Məni və qardaşımı atam kəmərlə ayağımızdan vururdu. Oğlunu, qızını vaxtında döyməsəydi, indi dizini döyərdi. Məktəblərdə o qədər sırtıq, valideyn tərbiyəsi görməyən, sanki meşədən sivilizasiyaya çıxan, sözlə izaholunmaz dərəcədə axmaq uşaqlar var ki...

Hamı Qurqeni baltaladığına görə Ramil Səfərovu qınayırdı. Görün nə həddə çatdırmaq lazımdır ki, gözünə heç nə görsənməyib belə addım atsın. O müəllimə mən yalnız səbr diləyirəm. Biz isə düzələn deyilik. Hətta toylarda əlində çubuq tutan xalqlardanıq. Düzəlmək üçün sanki yun çubuğunu özümüzə vurdurmalıyıq. Xoş danışanı qorxaq sanırıq, saymayanı başımıza otuzdururuq, özümüzə hörmət qoymuruq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR