Çin ABŞ-ın 7 milyon iş yerini itirməsinə səbəb oldu

Çin ABŞ-ın 7 milyon iş yerini itirməsinə səbəb oldu
12:47 15 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Çinlə qeyri-bərabər ticarət aparır.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp çıxış edib.
 
Onun sözlərinə görə, bu qeyri-bərabərlik ABŞ-ın iş yerləri itirməsinə səbəb olub: "Çinin ucbatından 7 milyona qədər iş yeri itirmişik. Çinlə çox ədalətsiz ticarətimiz var. Bu il onlarla ticarət defisitimiz 505 milyard dollar olacaq".
 
Tramp azad ticarətin tərəfdarı olduğunu deyib: "Amma o demək deyil ki, ağıllı adamları danışıqlara göndərməyək". 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR