Ukrayna yüklərinin Azərbaycan ərazisindən Qazaxıstana və Çinə çatdırılması marşrutu üzrə sınaq qatarı yola düşüb

Ukrayna yüklərinin Azərbaycan ərazisindən Qazaxıstana və Çinə çatdırılması marşrutu üzrə sınaq qatarı yola düşüb
17:08 15 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
AZƏRTAC “Lastnews”a istinadla xəbər verir ki, yanvarın 15-də Ukraynanın İlyiçevsk dəniz limanından Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə konteyner sınaq qatarı yola düşüb. Eksperimental reysə bərə keçidləri və quru yol daxildir.
Konteyner qatarının işə salınması mərasimində Ukrayna Baş nazirinin müavini Gennadi Zubko, infrastruktur naziri Andrey Pivovarski, iqtisadi inkişaf naziri Ayvaras Abromaviçus və digər rəsmi şəxslər iştirak ediblər.
Marşrut Qara dənizin İlyiçevsk-Batumi və Xəzər dənizinin Ələt-Aktau-Port bərə keçidlərini əhatə edir.
Xatırladaq ki, dünən Bakıda Ukraynadan ixrac olunan yüklərin Gürcüstan və Azərbaycan əraziləri ilə Qazaxıstana daşınmasına dair danışıqlar aparılıb və razılaşma əldə olunub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun sözlərinə görə, bu marşrutla ayda səkkiz qatar hərəkət edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ukrayna_yuklerinin_Azerbaycan_erazisinden_Qazaxistana_ve_CHine_chatdirilmasi_marsrutu_uzre_sinaq_qatari_yola_dusub-918834

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR