Azərbaycan prezidentinin yeni işlər müdiri kimdir?

Azərbaycan prezidentinin yeni işlər müdiri kimdir?
17:42 15 Yanvar 2016
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Oqtay Qəşəm oğlu Şahbazovun Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Oqtay Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.

Prezidentin işlər müdiri vəzifəsi düz 7 ilə yaxındır ki, boş idi.

Prezidentin işlər müdiri vəzifəsi 2005-ci ildən boşalıb. Belə ki, Prezidentinin işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyev 2005-ci ilin oktyabr ayında həbs olunduğuna görə, həmin vaxt ölkə başçısının müvafiq sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Sonradan bu vəzifəyə yeni təyinat gerçəkləşdirilməyib. 

Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy prezident olanda isə prezidentin işlər müdiri Oqtay Qəşəm oğlu Şahbazov olub.
Azərbaycan prezidenti İlham Əliyev 2011-ci ilin oktyabrda Oqtay Qəşəm oğlu Şahbazovun "Şöhrət" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Oqtay Şahbazov Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub. 

O.Şahbazovun oğlu Pərviz Şahbazov Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiridir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR