Azərbaycanda buğda və unun idxalının ƏDV-dən azad edilməsi alıcılıq qabiliyyətini artırıb

Azərbaycanda buğda və unun idxalının ƏDV-dən azad edilməsi alıcılıq qabiliyyətini artırıb
18:13 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi istehlakçıların alıcılıq qabiliyyətinin artmasına xidmət edib. Bunu Trend-ə "Rahat Market" mağazasının direktoru Yusif Əliyev deyib.

Onun sözlərinə görə, bu, əhali arasında yüksək tələbatla istifadə edilən unun pərakəndə satış qiymətini xeyli azaltmağa imkan verdi: "Qiymət siyahısına diqqət yetirsək görərik ki, fərq çox böyükdür və şübhəsiz ki, unun qiymətinin azaldılması çörək və digər un məhsullarının qiymətinə də təsir edir, yəni bu məhsulların qiyməti də azalır".

Çörəyə gəlincə, Y.Əliyev qeyd edib ki, əgər əvvəllər milli valyutanın məzənnəsinin dəyişməsindən sonra çəkisi 500 və 700 qram olan çörəyin qiyməti 0,40 və 0,50 manat idisə, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsindən sonra tədarükçülər unun qiymətini azalda bildilər ki, bu da öz növbəsində, 500 və 700 qramlıq çörəyin qiymətinin müvafiq olaraq 0,30 və 0,40 manatadək azalmasına imkan verdi.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR