Xaricdən gətirilən ət məhsullarına nəzarət gücləndirildi

Xaricdən gətirilən ət məhsullarına nəzarət gücləndirildi
13:42 16 Yanvar 2016
9 Digər
Ölkə mətbuatı
A- A+

"Ölkəyə xaricdən gətirilən ət məhsullarına nəzarət hər zaman olduğu kimi gücləndirilmiş qaydada həyata keçirilir".

Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) rəisinin və baş dövlət baytarlıq müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov deyib. O bildirib ki, idxaldan öncə bütün ət məhsullarının baytarlıq sertifikatı ekspertizadan keçirilir: "Eyni zamanda məhsulun gətirildiyi ölkənin epizootik vəziyyəti təhlil olunur. Bundan sonra respublika laboratoriyasında hər bir məhsulun özünə uyğun keyfiyyət göstəriciləri yoxlanılır və nəticədən asılı olaraq məhsulun istifadəsinə icazə verilir. Bütün bunlar hamısı daimi nəzarətdədir".
 
A. Süleymanov qeyd edib ki, ölkədə epizootik vəziyyət sabitdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR