Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə mövzusunda söhbətlər davam etdirilir

Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə mövzusunda söhbətlər davam etdirilir
17:43 16 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC 
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə mövzusunda tədbirləri davam etdirir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 6 və 15 saylı cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda, həmçinin “Dini ekstremizmə qarşı mübarizə haqqında” 2015-ci il 4 dekabr tarixli qanunun izahı ilə əlaqədar növbəti tədbirlər təşkil olunub.
Tədbirlərdə Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi iştirak edib.
Maraqla qarşılanan tədbirlərdə vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbətlər aparılıb, əxlaq və fəzilət, dinin əmr və qadağaları barədə geniş məlumat verilib. Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünya üçün nümunə olduğu, dini konfessiyaların təmsilçilərinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı məhkumların diqqətinə çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cezachekme_muessiselerinde_dini_maariflendirme_movzusunda_sohbetler_davam_etdirilir-919101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR