“Unibank Visa” kartı olan bütün müştərilər 20-ci Dubay alış-veriş festivalına dəvət edilir

18:42 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 18:38 ]

Bakı - APA-Economics. Yeni ilə sayılı günlər qalıb. Yeni il yenilik deməkdir və həm də qarderobunuzu təzələməyin vaxtının çatdığına işarədir. Dəbli, zövqlü, gözoxşayan alış-verişi isə yalnız dünyanın ən böyük alış-veriş festivalında etmək olar. Necə? Bu fürsəti sizə “Unibank” yaradır.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Unibank Visa” kartı olan bütün müştərilər gələn ilin əvvəlindən keçiriləcək 20-ci Dubay alış-veriş festivalına dəvət edilir. Bu festival xəyalların gerçəkləşdiyi, arzuların reallaşdığı məkan olacaq.  Yanvarın 1-dən  fevralın 1-dək “Unibank”ın istənilən “Visa” kartına sahib olan müştəriləri Dubayın 6 min mağaza və ticarət mərkəzində endirim və xüsusi sürprizlər gözləyir. Bundan əlavə, “Visa” kartlarının sahibləri restoran və mehmanxanalarda da bir çox xüsusi təklif və endirimlərdən faydalanmaq imkanına malik olacaqlar. “Unibank”ın “Visa” kartlarının böyük endirimləri haqqında məlumat almaq üçün “Visa Explore” proqramını yükləyin, alış-veriş və əyləncədən zövq alın.

 

“Unibank”ın Visa kartlarının böyük endirimləri haqqında məlumat almaq üçün “Visa”nın rəsmi saytında http://visa.com.az şəxsi bölməsindən "promosyanlar" bölümünü seçməklə “Visa Explore” proqramını yükləyin, alış-verişdən zövq alın. Proqramı yüklədikdən sonra “Visa” kartının növünü daxil edərək sizi maraqlandıran təklifləri seçib məlumat əldə edin.

 

Əgər hələ də “Visa” kartınız yoxdursa, istənilən “Unibank” filialına yaxınlaşaraq, kart ala bilərsiniz.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR