Azərbaycan diaspor təşkilatının keçirdiyi sorğuya əsasən Leonid Kuçma "İlin adamı" seçildi

Azərbaycan diaspor təşkilatının keçirdiyi sorğuya əsasən Leonid Kuçma "İlin adamı" seçildi
18:48 30 Dekabr 2014
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Azərbaycan Ukrayna Beynəlxalq Alyansının bu il keçirdiyi sorğu əsasında Ukraynanın keçmiş Prezidenti Leonid Kuçma "İlin adamı" seçilib.

Alyansın sədri Elmar Məmmədov Trend-ə deyib ki, Ukraynanın Kiyev, Odessa, Lvov, Dnepropetrovsk və Truskavets şəhərlərində 3000 nəfər arasında keçirilən sorğu əsasında L.Kuçma böyük səs çoxluğu ilə "İlin adamı" seçilib.

Qeyd edək ki, L.Kuçma 19 iyul 1994-cü ildən 23 yanvar 2005-ci ilə kimi Ukraynanın Prezidenti olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR