Bakıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib
Paylaş
50 baxış·1 dəq oxu
Bakı. 18 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Məlumata görə, yanvarın 16-da Yasamal rayonunda yaşayan Fəridə Qurbanova, oğlu Həmid və Günay Məmmədova mənzillərində dəm qazından zəhərləniblər. F.Qurbanova evdə ölüb, Həmid və G.Məmmədova xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.