İtaliya çempionatında məşqçilərin arasında qalmaqal yaşanıb.

ANS PRESS-in məlumatına görə, İtaliya kubokunda “Napoli” ilə “İnter” Milan qarşılaşıb.

Matçın sonunda “Napoli” klubunun baş məşqçisi Mauritsio Sarri həmkarı “İnter” Milanın baş məşqçisi Roberto Mançinini söyüb. O, Mançiniyə homoseksual deyib.

Roberto Mançini həmkarının təhqirinə belə münasibət bildirib:

“Sarri rasistdir. Belə şəxsləri futboldan qovmaq lazımdı. Mən 4-cü hakimdən əsas vaxta 5 dəqiqənin artırılmasının səbəbini soruşmaq istədim. Lakin, Sarri ayağa qalxıb qışqırdı ki, mən "homoseksualam". Hətta oyundan belə danışmaq istəmirəm. 60 yaşlı kişinin belə hərəkəti utançvericidir. Oyundan sonra mən onların soyunma geyinmə otağına getdim. O, məndən üzr istədi. Amma mən istəyirəm ki, o, utansın bu sözlərinə görə. İngiltərədə onun kimi insanları heç stadiona buraxmazdılar".

Baş məşqçilərinin qalmaqalı: "Qoca alçaq" və "homofob" (VİDEO, FOTO)

“Napoli” klubunun baş məşqçisi Sarri isə Mançiniyə belə cavab verib:

“Ümumiyyətlə meydandan kənar belə şeylər olur. Məni belə öyrədiblər ki, oyun bitəndən sonra əl ələ görüşüb hər şeyi yaddan çıxardırıq. Stress zamanı ağzından hansısa sözü qaçıra bilərsən. Mən soyunma geyinmə otağında ondan üzr istədim. İndi isə insanlar mənə "homofob" deyirlər. Mənim homoseksual dostlarım var, buna görə də dəqiq deyə bilərəm ki, homofob deyiləm. Nəyə görə mən cəzalanmalıyam?! Bu sadece təhqir idi. Mançini mənə qoca alçaq dedi. İndi mən onu qocaları təhqir etdiyi üçün məhkəməyə verim?!”- deyə Sarri öz hiddətini bildirib.

Baş məşqçilərinin qalmaqalı: "Qoca alçaq" və "homofob" (VİDEO, FOTO)
Mauritsio Sarri - məşqçi

"Napoli" ötən gün İtaliya kubokunda "İnter" Milana 2:0 hesabı ilə öz meydanında məğlub olub. "İnter" Milan isə qələbə qazanaraq yarım finala adlayıb. "İnter" yarım finalda "Latsio" - "Yuventus" qarşılaşmasının qalibi ilə qarşılaşacaq.


"Napoli" - "İnter" Milan 0-2