Bakı, 12 fevral, AzərTAc
“AtaSığorta” ASC 2015-ci ilin yanvar ayında 726 hadisə üzrə 174 879 manat sığorta ödənişi həyata keçirib.
Sığorta şirkətindən AzərTAc-a bildiriblər ki, bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və tibbi sığorta üzrə ödənilib.
Son zamanlar müştərilərə xidmət səviyyəsini daha da artıran “AtaSığorta” ASC, ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün səylərini davam etdirir.