"Juventus"un 38 yaşlı qapıçısı Canluici Buffon karyerasını daha bir neçə il davam etdirmək fikrində olduğunu açıqlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, İtaliya millisinin qolkiperi 2018 mundialının karyerasında son turnir olacağını bildirib.

"Futbol karyeramda əsas xatirələrim İtaliya çempionatında debüt oyunumu və 2006-cı ildə dünya çempionu olmağımdır. Gələcək planlarıma qalanda, futboldan başıuca getmək istəyirəm. Futbolçu kimi son tapşırığım 2018-ci il DÇ-da çıxış etməkdir. Həmin vaxt artıq 40 yaşım olacaq. Sonra? Dəqiq bilirəm ki, futbol meydanında yaşadığın emossiyaları ofisdə hiss edə bilməzsən. Kimsə mənə belə iş versə, minnətdar olaram. Toplanmış təcrübə ilə bağlı ideyalarım var. Amma heç kimin mənə hədiyyə etməsini də istəmirəm".

Milli.Az