“Söz” ədəbi layihəsi çərçivəsində növbəti tədbir

“Söz” ədəbi layihəsi çərçivəsində növbəti tədbir
21:03 23 Yanvar 2016
75 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC
Yanvarın 23-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rəşid Behbudov adına Mahnı Teatrında “Söz” ədəbi layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin rəhbəri Nigar Həsənzadə tədbirin yunan poeziyasına həsr olunduğunu bildirib.
Tədbirdə Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas çıxış edərək layihənin ölkələrimiz arasında mədəni əlaqələrin daha da yaxşılaşmasına, bu sahədə əməkdaşlığın genişlənməsinə, hər iki xalqa məxsus klassik və müasir ədəbiyyatın dünyada tanıdılması və yeni istedadlı yazarların aşkar olunmasına xidmət etdiyini söyləyib.
Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin ədəbi inkişafın stimullaşdırılmasına yönəldilmiş bu layihənin böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.
Yunan poeziya axşamında tanınmış yunan şairləri Odiseas Elitis və Konstantinos Kavafisin şeirləri və şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Soz_edebi_layihesi_cherchivesinde_novbeti_tedbir-921210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR