Gəncə, 12 fevral, AzərTAc
”Odlar Yurdu” Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclərin fərdi inkişaf akademiyası” adlı layihənin icrasına başlayıb.
Birliyin sədri Nigar Ələsgərova AzərTAc-a eksklüziv müsahibəsində deyib ki, layihənin əsas məqsədi region gənclərini fərdi inkişaf istiqamətində müxtəlif mövzular üzrə maarifləndirməkdir.
Təlimlərin birinci hissəsi Qəbələdə, ikinci hissəsi isə Gəncədə keçiriləcək. Hər bir akademiya 3 gün davam edəcək. Hər akademiyada 50 nəfər olmaqla, ümumilikdə 100 nəfər gənc layihədən faydalanacaq.