“İqtisadi cəhətdən neftin bir barrelinin qiyməti 30 dollar civarında qala bilməz, bir müddət sonra qıtlıq yaranacaq və hasilatda güclü sıçrayış baş verəcək.”

ANS PRESS-in məlumatına görə bunu Rusiyanın LUKoyl neft şirkətinin vitse prezidenti Leonid Fedun deyib.

O bildirib ki, “böyük hissəsi dünya bazarına ixrac edilən neftin 1 barrelinin 30 dollardan yuxarı tarixi bir qiyməti var. Əgər qara qızıl uzun müdddət bu qiymətə satılarsa tükənə bilər”.

Fedun hesab edir ki, spekulyantlar bazarda neftin daha aşağı qiymətə düşməsinə təkan verə bilər, lakin bu iqtisadi cəhətdən heç bir əhəmiyyət kəsb etməyəcək.

"Neftin qiyməti 30 dollar səviyyəsində qala bilməz"(FOTO)
Leonid Fedun- LUKoyl şirkətinin vitse prezidenti


“2016-cı ildə heç kim neftin qiyməti ilə bağlı deqiq məlumat verə bilməz. Məsələ burasındadır ki, hazırda neft bazarında qəribə vəziyyət yaranıb və bununla əlaqədar olaraq, neftin qiyməti aşağıdır. Neft bazarında qeyri-müəyyənlik olduğundan qara qızılın qiyməti haqqında proqnoz vermək mümkün deyil” deyə vitse-prezident bildirib.

O, həmçinin qeyd edib ki, neftin hasilatında və qiymətində artım tədricən baş verəcək. Dünyada neft hasilatı artdığı üçün, qara qızıl daha strateji olaraq prioritet məhsul sayılmır.

Şirkət rəsmisinin sözlərinə görə, OPEK mayda və ya yay aylarında neft hasilatına qoyulan kvotanın azaldılması ilə bağlı qərar qəbul edə bilər. Bundan sonra neftin qiymətinin əvvəlki səviyyəyə qayıtmasını müşahidə etmək olar.

LUKoyl neft şirkəti 1993-cü ildə Rusiya Federasiyası hökumətinin qərarı ilə yaradılıb. Nəhəng sənaye maliyyə kompleksinə malik olan LUKOYL şirkəti Rusiya, MDB və dünyanın bir çox ölkələrində neft məhsullarının hasilatı, emalı, satışı və kəşfiyyatı ilə məşğul olur. Şirkət 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir.

Hazırda "qara bazarda" Brent" markalı neftin bir barreli 31,41 dollar,Texas markalı neftin bir barrelinin qiyməti 31,32 dollar civarındadır.