Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 3 000 000 ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 47S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvarın 26-da Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ Dolları olan 2 000 000 ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti 48S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.