Portuqaliya millisinin eks müdafiəçisi Abel Şavyer Mozambik millisinin baş məşqçisi təyin olunub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 43 yaşlı mütəxəsis Afrika təmsilçisiylə 2 il müddətinə müqavilə imzalayıb. Şavyer vəzifəsinin icrasına fevralın 1-dən başlayacaq. Mozambik millisi onun məşqçilik karyerasında 4-cü təcrübəsidir. Gənc çalışdırıcının son iş yeri cəmi 2 ay işlədiyi "Aves" klubu olub. Bundan başqa "Olhanense", "Farense"nin sükanı arxasında olub.
"Mozambik yığmasını illərdir izləyirəm. Tarixi vətənimə geri döndüyüm üçün qürur duyuram" - əslə mozambikli olan Şavyer bildirib.
O, 2005-ci ildə "Middlesbrough"da oynadığı vaxtda dopinq istifadə etdiyinə görə 18 aylıq diskvalifikasiya edilmişdi. Bu müddətin sonunu gözləmədən futbolçu karyerasını başa vuran Abel 2008-ci ildən məşçilik edir.
Milli.Az