Bakı, 26 yanvar, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycanda sahibkarlığa böyük dəstək göstərilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Lənkəranın “Dostluq” müəssisəsinin rəhbəri Zərintac İsmayılova deyib.
Prezident İlham Əliyevin iştirakı ilə keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransin əhəmiyyətini vurğulayan iş adamı qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı ölkə başçısının bu sahəyə böyük önəm verdiyinin sübutudur.
“Dostluq” müəssisəsi kənd təsərrüfatı istehsalı ilə məşğuldur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müəssisəmizə güzəştli kreditlər ayrılır. Bu kreditlər investisiya layihələrinin reallaşdırılmasına, yeni iş yerlərinin yaradılmasına imkan verir”.