Bakı, 28 yanvar, AZƏRTAC
Misir polisi Rusiyalı mütəxəssislərlə birgə A-321 təyyarəsinin göyərtəsində partlayışı təşkil edən terrorçuların şəxsiyyətini müəyyənləşdirib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, hazırda partlayışla əlaqədar altı nəfər axtarışa verilib. Onlardan biri təyyarəyə bomba keçirən şəxsdir. Onun hadisədən dərhal sonra Misiri tərk etdiyi bildirilir.
Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А-321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğramışdı. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olmuşdu.
Bir qədər əvvəl KİV-lər hadisənin bir neçə baş vermə versiyasını səsləndirib. Ehtimallardan birinə əsasən, bombanı göyərtəyə təyyarədə xidmət göstərən təmizlik firmasının əməkdaşı keçirib.