Bakı, 13 fevral, AzərTAc
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bu ilin yanvar ayı ərzində istehlak bazarında monitorinq aparılıb.
AzərTAc komitənin saytına istinadən bildirir ki, ticarət şəbəkələrindən analiz üçün 56 adda məhsul seçilib. Onlardan 27-si yerli, 29-u isə xarici istehsal məhsulu olub. Nümunələr 18 adda alkoqollu içkidən, 5 adda konservləşdirilmiş məhsuldan, 5 adda çörək və makaron məmulatından, 5 adda süd, 3 adda ət və digər məhsullardan götürülüb.
Götürülən nümunələrin analizlərinin cavabları 41 adda məhsulda müsbət, 7 adda məhsulda mənfi olub, 8-də isə yoxlamalar davam etdirilir.