Neftin bir barrelinin qiyməti 2018-ci ildə 60 dollara qədər qalxacaq. ANS PRESS-in məlumatına görə, bu proqnozu Fitch Beynəlxalq Reytinq Agentliyinin ekspertləri səsləndirib.

Onların verdiyi proqnozlara görə, 2016-cı ilin gedişində” qara qızılın” bir bareli 45 dollar civarında stabilləşəcək və 2017-ci ildə 55 dollara qalxan bir barrel neft daha sonra 2018-ci ildə 60 dollara satılacaq.

Rublun qiymətinin neftdən aslı olaraq, dəyişəcəyini söyləyən analitiklər, rubl haqqında “biz çox ehtiyyatla proqnoz verə bilərik ki, 2016-cı ildə rublun qiyməti 68 dollar təşkil edəcəyi halda bu məzənnə 2018-ci ildə 55 dollar civarında hesablanacaq” deyə proqnoz veriblər.

Neftin qiymətində daha ciddi yüksəlişlər gözləməyin mənasız olduğunu bildirən, Rusiyanın Maliyyə naziri Anton Siluanov bir daha “qara qızılın” qiymətinin 100 dollara qalxacağına inanmadığını bildirib. Dövlət Dumasındakı çıxışı zamanı nazir neftin qiyməti haqındakı fikirlərini səsləndirib.

Neftin qiyməti haqqında ürək açan proqnozlar (FOTO)
Rusiyanın Maliyyə naziri Anton Siluanov

“Bir barreli 100 dollara olan neft artıq tarixdə qaldı, qara qızılın qiyməti bu həddə çətin ki bir daha qalxa”.
Dünya bazarında neft hasilatı əvvəlki kimi yəni gün ərzində 1.5 milyon barrel olaraq qalsa da, tədricən bu rəqəmlərin aşağı düşəcəyi gözlənilir. Bu da neftin qiymətini gələcək zamanlarda artması deməkdir.

Bu barədə Kolumbiya Unveristetinin nəznində Qlobal Enerji Siyasəti Mərkəzində keçirilən konfrans zamanı ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsnin rəhbəri Adam Seminski danışıb. İl ərzində neft bazarında tələb və təkliflərin tarazlaşdırılmasını gözləmək olar deyə bildirən, Seminiski nitqinə bazardakı vəziyyətlə davam edərək, bildirib ki, “ABŞ-ın hasil etdiyi şist neftin qiymətini 50 dollar civarında saxlamaq olar”.

Neftin qiyməti haqqında ürək açan proqnozlar (FOTO)
ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsnin rəhbəri Adam Seminski

O, neft hasilatının hər ay 1-2% azaldığını bildirərək, şirkətlərin yalnız neftin qiyməti 50-75 dollara çatacağı təqdirdə yeni neft quyularının qazılmasına başlayacağını bildirib.

Küveyt neft elmi araşdırmalar fondunun Baş direktoru Adnan Şixab-Eldinin proqnozuna görə, neftin qiymətinin bir barreli yaxın zamanda 50 yaxud da 70 dolara çatacaq.

Neftin qiyməti haqqında ürək açan proqnozlar (FOTO)
Küveyt neft elmi araşdırmalar fondunun Baş direktoru Adnan Şixab-Eldin

Energetika nazirinin birinci müavini Aleksey Teksler bir barreli 20 dollar olan neftin perespektivlərinə heç kim dözə bilməyəcəyini söyləyərək, qeyd etdi ki, neftin qiymətinin aşağı düşməsi ilk növbədə Qərbi Sibirinin büdcəsinə 70-80% təsir edib.

Neftin qiyməti haqqında ürək açan proqnozlar (FOTO)
Sağda Rusiya Energetika nazirinin birinci müavini Aleksey Teksler

Neftin hasilatını hər ölkənin 5 % azaldacağını bildirən Rusiyanın Energetika naziri Aleksandır Novak, neft bazarındakı vəziyyəti dəyərləndirərkən bildirib ki, fevralda OPEK və digər neft istehsalçıları ilə keçiriləcək görüşdə şəxsən iştirak edəcək.

Neftin qiyməti haqqında ürək açan proqnozlar (FOTO)
Rusiyanın Energetika naziri Aleksandır Novak

Hazırda Texas marakl neftin bir barreli 33.62 dollar, Brent markalı neftin bir barreli isə 34.74 dollar təşkil edir.