Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun evləndiyi tarix bəlli olub.

ANS PRESS-in məlumatına görə, aktyorun iki ildir birlikdə olduğu stilist sevgilisi Başak Dizer ilə 14 fevralda nikah mərasimi olacaq. Toy Parisdə olacaq.

Aktyor nigahda iştirak edəcək ailəsi ilə yanaşı 50 yaxın dostunun təyyarə biletini belə alıb. Cütlük evləndikdən sonra Tatlıtuğun yeni aldığı evdə yaşayacaqlar. Ev Başak Dizerin zövgü ilə təmir olunub. Tanınmış cütlük Türkiyədə də toy etməyi planlaşdırır.

Dünyanın ən səxavətli bəyi toy edir (FOTO)
Kıvanç Tatlıtuğ və Başar Dizer

2005-ci ildə ilk dəfə kino aləminə qədəm basan aktyor "Gümüş" serialındakı Mehmet obrazıyla "Kıvanç Tatlıtuğ" adını Türkiyədə daha yaxından tanıtdırmağa başlayıb. Bundan sonra"Menekşe ilə Xəlil", "Amerikalılar Qara dənizdə" filmlərində rol alan aktyor ən böyük uğurunu Xalid Ziya Uşaqlıgilin məşhur romanı əsasında səhnələşdirilən "Aşkı-memnu" serialındakı Behlül obrazı ilə qazanıb.

Dünyanın ən səxavətli bəyi toy edir (FOTO)
Kıvanç Tatlıtuğun "İnstaqram" səhifəsi

Onun yaxın zamanda "Siyah Beyaz" adlı serialla yenidən ekranlara çıxacağı gözlənilir.