"Report" "Frans Press"ə istinadən xəbər verir ki, bu barədə Florensin prezidentlik illərində mənsub olduğu Millətçi Respublika Birliyi müxalifət partiyasının rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib.
"Biz keçmiş prezident Fransisko Floresin vəfatı ilə əlaqədar heyfislənirik və onun ailəsinə bu ağır gündə başsağlığı veririk", — deyə məlumatda bildirilib.
Flores bir müddət əvvəl evində huşsuz vəziyyətdə aşkar olunaraq xəstəxanaya yerləşdirilmişdi. Həkimlər Floresin koma vəziyyətinə düşdüyünü və onun nevroloji pozuntular səbəbindən geriqayıtmaz xarakter daşıdığını bildirmişdilər.
Flores Salvadora 1999–2004-cü illərdə prezidentlik edib.