Paris məhkəməsi Frank Riberinin müraciəti əsasında ittiham olunan "RMC Sport"un jurnalisti Daniel Riolonu günahkar hesab etməyib. Jurnalist "Tullantı futbol klubları" (Racaille Football Club) kitabında Raymond Domenekin rəhbərlik etdiyi Fransa yığmasının 2010 mundialında uğursuz çıxışına xüsusi diqqət ayırmışdı. Belə ki, millinin futbolçuları və baş məşqçi Domenek arasındakı konflikt sonda fransızların qrup səddini aşa bilməməsi ilə nəticələnmişdi. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Riolo Domenekdən narazı futbolçulardan biri - Riberini Riolo kitabında "üzü çapıqlı", "bandit" və "əclaf" adlandırır. Riberi bunu təhqir kimi qəbul edib məhkəməyə baş vurmuşdu.
Uzun müddət davam edən məhkəmənin qərarı yalnız ötən həftə açıqlanıb. Riberinin şikayəti məntiqsiz, jurnalistin sözləri obyektiv hesab edilib. Bundan başqa, "Bavariya"nın futbolçusu kitabın müəllifi və nəşriyyatına 5 min avro təzminat da ödəyəcək. Futbolçunun vəkili apellyasiya müraciəti təqdim edəcəklərini bildirib.
Milli.Az