Moskvada Vsevolod Meyerxold adına Mərkəzdə “Teatrın təməlində musiqi” festivalı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a bildirilib ki, festival çərçivəsində “Məhəbbət hekayəsi” adlı konsert-tamaşa nümayiş olunub.

Konsert-tamaşada səhnəyə Rusiyanın görkəmli musiqiçiləri ilə yanaşı, tanınmış Azərbaycan sənətçiləri də çıxıblar. Tədbirdə nazirliyin dəstəyi ilə respublikanın Əməkdar artistləri - vokalçı Fəridə Məmmədova və pianoçu Gülşən Ənnağıyeva çıxış ediblər.