A–
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Gənclər Gününə həsr edilmiş elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Nailə Mustafayeva Gənclər Gününün bayram kimi qeyd olunmasının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyib.
Seminarda institutun baş mütəxəssisi Aytən Hüseynova “Mir Cəlal Paşayev yaradıcılığına bir baxış” mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxışlar olub, müzakirələr aparılıb.
İnstitut direktorunun elmi işlər üzrə müavini Paşa Kərimov və elmi katib Əzizağa Nəcəfov gənclərin bu elm müəssisəsinin fəaliyyətində və ictimai həyatında rolunu müsbət qiymətləndiriblər.