A+
A

Bakı, 3 fevral, AZƏRTAC
2016-cı ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 253 sığorta müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosundan (İSB) AZƏRTAC-a verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 5,7 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 55,4 faizi yaşayış evləri və mənzillər, 0,5 faizi inzibati binalar, 44,1faizi isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 22,6 faiz azalma, sığorta haqlarının məbləğində isə 38 faiz artım müşahidə edilib.
Yanvar ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 581, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 6 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 38 400 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 5 922 manat təşkil edib.