Görüşdə Azərbaycanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından rolu yüksək qiymətləndirilib.
Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin qlobal miqyasda əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin, ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, bu ilin mart ayında keçirilməsi nəzərdə tutulan Asiya və Sakit okean ölkələrinin maliyyə nazirlərinin toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb.