Bakı. Azad Həsənli - Trend:
Türkiyənin "Ziraat Bank"ının Azərbaycanda törəmə strukturu olan "Ziraat Bank Azərbaycan"ın rəhbərliyinin və səhmdarların strukturunun tam tərkibi açıqlanıb.
Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, Hüseyn Aydının başçılıq etdiyi Müşahidə Şurasına Muharrem Karslı, Yusuf Dağcan, Ali Taşdemir və Burhaneddin Tanyeri daxildir.
Bankın İdarə Heyətinin tərkibi isə belədir: sədr Avni Demirci, onun müavini Alptekin Sarıgöl, İdarə Heyətinin üzvü Vüqar Rəfiyev.
Audit Komitəsinin sədri İlham Yeniaydındır. Komitənin tərkibinə Şenol Özyurt və Levent Marmaralı da daxildir.
Bankda 10 departament və 1 qrup yaradılıb:
|
1 |
Cəfərov Rasim Abbasəli oğlu |
Daxili Audit Departamenti |
|
2 |
Rəfiyev Vüqar Səxavət oğlu |
Büdcə Nəzarət və Mühasibatlıq Departamenti |
|
3 |
Mustafayev Zəkəriyyə Mais oğlu |
Risklərin İdarə Edilməsi və Daxili Nəzarət Departamenti |
|
4 |
Haciyeva Zümrüd İsrafil qızı |
Marketinq və Satış Qrupu |
|
5 |
Məmmədova Firuzə Feyruz qızı |
İnsan Resursları və Dəstək Xidmətləri Departamenti |
|
6 |
Səmədov Samir Bəxtiyar oğlu |
İnformasiya Texnologiyaları Departamenti |
|
7 |
Eyvazov Təhmasib Karrar oğlu |
Hüquq Departamenti |
|
8 |
Əliyev Fərid Bayram oğlu |
Xəzinədarlıq və Maliyyə Müəssisələri Departamenti |
|
9 |
Həsənova Xalidə Teyfuqovna |
Əməliyyat Mərkəzi Departamenti |
|
10 |
Ahmet Kudret İşler Bedir oğlu |
Kredit Təhlili Departamenti |
|
11 |
İbrahimov Rövşən Arif oğlu |
Kredit Ayrılması və Monitorinq Departamenti |
Bizi Twitter-dən izləyin: @trend_az