Əfsanəvi fransız aktyoru Pyer Rişar 20 il əvvəl Bakıdakı macərasından danışıb.

ANS PRESS-in məlumatına görə, komik aktyor keçirdiyi mətbuat konfransında Bakıda başına gələn maraqlı hadisə barədə heyranlıqla danışıb:

“Bakıdakı ən xoş xatirəm 20 il əvvəl olub. O, vaxtı qara kürünü oradan almaq mümkün idi. Kürü satışı ilə məşğul olan insan mənim çantama banka dolu kürü qoyurdu. Sanki bu ucuz bir paştetdir. Fransada kürü çox bahalı nemətdir. Həyat yoldaşım o kürüləri xörək qaşığı ilə yeyirdi”.

Pyer Rişar Moskvaya öz həyatından bəhs edən “III Pyer Riçard” monotamaşasını nümayiş etdirmək üçün gəlib. Fevralın 4-7-də Moskvanın “Kosmos” konsert zalında təqdim edilən tamaşa daha sonra Sankt-Peterburq və Voronejdə nümayiş olunacaq.

Əfsanəvi aktyor Bakıda gözlənilməz anlar yaşadı (VİDEO, FOTO)
Pyer Rişarın mətbuat konfransı


"Oyuncaq" filmi

Fransalı kinoaktyor 1934-cü ildə anadan olub. Pyerin 3 yaşı olanda atası bankrot olaraq ailəni tərk edib. Pyer babası ilə yaşayıb.

Aktyor təxminən 60 filmdə çəkilib. Onların arasında ən məşhuru , “Oyuncaq” , “Uğursuzlar, “İynə çətir”, “Atalar”, “Qaçaqlar”dır.