"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu BVF-nin rəhbəri Kristin Laqard bildirib.
"Əgər onlara kömək lazımdırsa, biz heç bir problem olmadan bunu etməyə hazırıq", — deyə o söyləyib.
Laqard qeyd edib ki, hər iki ölkə neft ixracından asılıdır, bu səbəbdən qiymətlərin kəskin düşməsi fonunda şok yaşayıblar.
BVF hesab edir ki, Azərbaycan iqtisadi problemlərin öhdəsindən gələcək.