Bakı, 13 fevral, AzərTAc
13 fevral - Ümumdünya Radio Günü münasibətilə “İrəli” İctimai Birliyi tərəfindən “Park Bulvar”da təşkil ediləcək “Youth&Radio” tədbiri UNESCO tərəfindən rəsmi olaraq tanınıb. Həmin tədbir Ümumdünya Radio Günü münasibətilə paralel olaraq müxtəlif ölkələrdə keçirilən tədbirlər siyahısına salınıb.
İctimai birlikdən AzərTAc-a bildiriblər ki, hər il fevralın 13-ü dünyada Beynəlxalq Radio Günü kimi qeyd edilir. Həmin tarixin seçilməsi təsadüfi deyil. Belə ki, 1946-cı il fevralın 13-ü “BMT-nin radiosu”nun yayıma başladığı gündür.