Tyerri Anri İngiltərə çempionatında titula əsas namizəd kimi "Leyçester Siti"ni görür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı futbol eksperti keçmiş komandası "Arsenal"ın oyanmalı olduğunu qeyd edib.

"Mövsümün əvvəlində "Çelsi" və "Mançester Siti"nin problemlə üzləşəcəyini desəydim, "Arsenal"ın asanlıqla çempion olacağını düşünərdiniz. Amma bu baş verməyəcək. Güman edirəm ki, burada mentalitet məsələsi də var. "Çelsi" ilə oyunda "topçular" fərqlənə bilmədilər. Belə oyunlarda qalib gəlmək lazımdır. Üç xal zəruridir. "Arsenal" çempion olmaq iqtidarındadısa, yuxudan oyanıb işdən yapışmaq lazımdır. İndi çempionluğa 1 nömrəli namizəd "Leyçester"dir. Onlar təzyiqin öhdəsindən gələ bilirlər".

Milli.Az