"Report" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, fevralın 8-də saat 20 radələrində İmişli rayonunun Xəlfəli kəndində Qətər vətəndaşı Salim Ali Said Əlməri icarəyə götürdüyü “Toyota” markalı avtomobili idarə edərkən körpüdən kanala aşırıb.
Qəza nəticədə S.Əlməri və sərnişinlərindən - Səudiyyə Ərəbistanı vətəndaşı Melşari Zaid Əl Subeyd suda boğularaq ölüb, digər sərnişini, həmyerlisi Əbdüləziz Əl Kabiyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsi araşdırma aparılır.