A+
A

Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da səhər saatlarında Bavariya ərazisində toqquşan hər iki qatarın maşinistləri döngə səbəbindən bir-birini görməyib, yüksək sürətlə hərəkət edib və faciədən qabaq əyləci basmağa macal tapmayıblar. Bu barədə mətbuat konfransının gedişində Almaniyanın nəqliyyat naziri Aleksander Dobrindt məlumat verib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, son məlumata əsasən, qəza nəticəsində 9 nəfər həlak olub, 80 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xilasetmə əməliyyatlarında yüzlərlə insan və onlarla helikopter iştirak edir. Qonşu Avstriya da hadisə yerinə xilasedici dəstələr göndərib. Qəzanın çətin keçilən ərazidə baş verməsi xilasetmə işlərini mürəkkəbləşdirir.
Hadisənin terror aktı olması istisna edilir və bu versiyanın nəzərdən keçirilmədiyi bildirilir.