Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə Qorik Akopyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib, onun yerinə isə baş prokurorun müavini Georgi Kutoyan təyin edilib.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Ermənistan prezidentinin digər sərəncamı ilə Qorik Akopyan prezidentin müşaviri vəzifəsinə təyin olunub.