Müğənni Sevda Kazimova xalq artisti Nisə Qasımovanın doğum gününü yada saldı.

ANS PRESS-in məlumatına görə, birlikdə çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşan sənətci təəssüratlarını da qeyd edib:

"Bu gün görkəmli şəxsiyyət, dəyərli insan, gözəl xanım, canlı əfsanə, karifey sənətkar, canım qədər sevdiyim kralica, xalq artisti Nisə Qasımovanın ad günüdür. Yaşayın, sevin, gülün! Bunlar əskik olmasın həyatınızdan. Yaşın, necə olursa olsun hər şeyin ən gözəli sizinlə olsun. Çoxlu xoşbəxt, şən və həyat dolu yaşlara”.

Xatırladaq ki, xalq artisti Nisə Qasımova 13 fevral 1954-cü ildə dünyaya gəlib.

Kazımova Nisə Qasımovanın ad gününü belə təbrik etdi (FOTO)
Mənbə
ANS PRESS