Keçmiş model və aparıcı Tayra Benks ilk dəfə yeni doğulmuş oğlunun fotosunu paylaşıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yanvarın sonunda fotoqraf sevgilisi Erik Asla ilə birgə surroqat ana vasitəsilə valideyn olan 42 yaşlı Tayra Sevgililər günündə körpənin fotosunu paylaşaraq yazıb:
"Bu, mənim həyatımda ən xoşbəxt Müqəddəs Valentin günüdür. York və atası, mən sizi o qədər sevirəm ki".
Qeyd edək ki, "TİME" jurnalına görə, Tayra "dünyanın 100 ən təsiredici insanı" siyahısındakı 7 qadından biridir.