Bakı. 16 fevral. REPORT.AZ/ Fevralın 15-də futbol üzrə Azərbaycan çempionatında XXI tura yekun vurulub.
"Report" xəbər verir ki, turun son oyun günü iki qarşılaşma baş tutub.
Hər iki oyun Bakıda keçirilib. Belə ki, "Zirə" "Rəvan"ı, AZAL isə "İnter"i qəbul edib. İkinci qarşılaşmada qalib müəyyənləşməyib. Birinci matçda isə "Zirə" son dəqiqələrdə qələbəni bayram edib və "Zirə" lider "Qarabağ"la xal fərqini 6-ya endirib
Azərbaycan Premyer Liqası, XXI tur
"Zirə"- "Rəvan" - 2-1
Qollar: Nelson Bonilla, 23 [1-0], Yamin Ağakərimzadə, 83[1-1], Nelson Bonilla 86 p. [2-1].
AZAL - "İnter" - 0-0