A–
Bakı, 16 fevral, AZƏRTAC
Aprelin 18-dən 22-dək Bakıda ISESCO və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi İslam dünyası gənc klassik musiqi ifaçılarının V Beynəlxalq müsabiqəsi keçiriləcək.
Təşkilat komitəsindən AZƏRTAC-a bildirib ki, müsabiqədə kiçik (15 yaşadək) və böyük (16-20 yaş) yaş qrupu üzrə təmsil olunan ölkələrin gənc istedadlarının çıxışları beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Müsabiqənin sonunda qaliblərin mükafatlandırılması və qala-konsert təşkil olunacaq.