O bildirib ki, mətbuat nə qədər inkişaf etsə də, günümüzdə ən çox dilin pozulması halları, məhz mətbuatda qeydə alınır: "Kütləvi İnformasiya Vasitələri xalqın dilindən danışır. Dil üçün savadlılıq savadsızlıq alternativi yoxdur. Alim, yazıçı dildə heç vaxt səhv etməz. Amma ictimai publisistik dil fərqlidir, mətbuat dilinə daha çox diqqət yetirməliyik, çünki burda bir çox istiqamətlər birləşir".
Nizami Cəfərov bildirib ki, dil xalqın ruhudur: "Müstəqilliyi olmayan xalqın dili həmişə bərbaddır. Dillə məşğul olmayan bir nəfər ziyalı belə təsəvvür etmək mümkün deyil".