A–
Bakı, 17 fevral, Elvin Camalov, AZƏRTAC
Yaponiyanın “Mitsubishi Aircraft” şirkəti “Mitsubishi Regional Jet” reaktiv sərnişin təyyarəsinin satışı ilə bağlı ilk sazişi imzalayıb.
AZƏRTAC “france24.com” saytına istinadla xəbər verir ki, Yaponiyada yaradılan ilk reaktiv sərnişin təyyarəsinin 20 ədədi 2018-ci ildə ABŞ-ın Florida ştatında yerləşən “Aerolease Aviation” şirkətinə təhvil veriləcək.
Qeyd edək ki, “Mitsubishi Regional Jet” ilk sınaq uçuşunu noyabrın 11-də həyata keçirib.
azertag.az: Yaponiya reaktiv sərnişin təyyarəsinin satışı ilə bağlı ilk sazişi imzalayıb