"Report" xəbər verir ki, oyun gecəsi iki qarşılaşma baş tutub.
İtaliyanın "Roma" klubu İspaniya "Real"ı qarşısında aciz qalıb və görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər qarşılaşma Belçikada keçirilib. Burada yerli "Gent" Almaniya "Volsburq"unu qəbul edib. Gərgin keçən qarşılaşma almanların qələbəsi ilə başa çatıb - 2:3.
Çempionlar Liqası, "play-off" mərhələsi
"Gent" - "Wolfsburg" - 2 - 3
Qollar: Julian Draxler, 44, 54 (0 - 2), Max Kruse, 60 (0 - 3), Sven Kums, 80 (1 - 3), Kalifa Coulibaly, 89 (2 - 3)
"Roma" - "Real Madrid" - 0 - 2
Qollar: Cristiano Ronaldo, 57 (0 - 1), Sergio Ramos, 86 (0 - 2)