A–
Berlin, 18 fevral, AZƏRTAC
Almaniyanın DW agentliyi xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankarada 28 nəfərin həlak olması ilə nəticələnmiş terror aktının təşkil olunmasında Suriyanın “Milli özünü müdafiə dəstələri”nə (YPG) və “Kürdüstan İşçi partiyasına” (PKK) daxil olan suriyalı kürdləri təqsirləndirib. Terror aktının bilavasitə icraçısı Suriya vətəndaşı olub.
Türkiyənin baş naziri deyib ki, bu terror aktına görə Suriya prezidenti Bəşər Əsəd rejimi də məsuliyyət daşıyır, çünki Əsəd suriyalı kürdləri dəstəkləyir. Davudoğlunun sözlərinə görə, Ankarada partlayış barəsində iş üzrə 9 nəfər saxlanılıb.
Müşahidəçilərin çoxu təəccüblənir: YPG təşkilatı açıq-aydın terror metodlarına əsaslandığı halda necə olub ki, Aİ bu təşkilatla əməkdaşlıq edib, onu silahla təchiz edib və hətta Avropada (Praqa şəhərində) YPG-nin nümayəndəliyi üçün qərargah ayırıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
azertag.az: Türkiyə dünənki terror aktında YPG və PKK-nı təqsirləndirib