A–
Bakı, 19 fevral, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun qarşılaşmaları üç gün ərzində keçiriləcək.
Ötən tur AZAL ilə oyunda xal itirən və beşinci pilləyə geriləyən “İnter” klubu doğma meydanda “Kəpəz” ilə üz-üzə gələcək. “İnter” qələbə qazanaraq bir pillə irəlidə olan rəqibini geridə qoymaq istəyindədir. Avrokuboklar üçün mübarizə aparan baş məşqçi Zaur Svanadzenin yetirmələri hədəflərindən uzaq düşməmək üçün xal itirməməlidir.
Gəncə təmsilçisi isə öz meydanında “Qarabağ”dan aldığı məğlubiyyətin əvəzini “İnter”dən çıxmağa çalışacaq. “Kəpəz” qalib gələcəyi təqdirdə hətta bir pillə irəliləyə də bilər. Bunun üçün isə “Qəbələ” turu itki ilə başa vurmalıdır.
AZERTAG.AZ :Azərbaycan Premyer Liqasında XXII tura bir oyunla start veriləcək